Azərbaycanda icra başçısının vəzifəli qayınatası   vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda icra başçısının vəzifəli qayınatası vəfat edib

Hadisə

06 Fevral 2026 10:03 2377


Azərbaycanda vəzifəli şəxs vəfat edib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Xaçmaz Peşə Məktəbinin direktoru Nəzər Şahbazov 72 yaşında dünyasını dəyişib.

O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Dördpendirli pizza

Mərhum Xaçmaz rayonunun Həsənqala kəndində dəfn olunub.

Qeyd edək ki, Nəzər Şahbazov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınatasıdır.

Xatırladaq ki, N.Şahbazov 1954-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib.

O, əmək fəaliyyətinə Xudat Konserv zavodunda başlayıb.

1978-2011-ci illərdə burada operator kimi işə başlayan N.Şahbazov sonra usta, baş usta, sex rəisi işləyib. Uzun illərin təcrübəsindən sonra isə zavoda direktor təyin edilib və 1990- 2011-ci illərdə zavoda rəhbərdik edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!