Azərbaycanda iki dövlət qurumunun ləğvinə başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iki dövlət qurumunun ləğvinə başlanıldı

Siyasət

19 Yanvar 2025 22:57 657


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və  Dövlət Tərcümə Mərkəzinin ləğvinə başlanılıb. 

Dövlət qurumları ləğv prosesi ilə bağlı kreditorlara müraciət edib. 

Kreditorlar iki ay ərzində tələblərini 1033 Bakı şəhəri şəhəri, Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər. Marqarita pizza

Qeyd edək ki, Prezident İlham Əliyev noyabr ayında iki qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb.

Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Hökumət, həmçinin sözügedən publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.  (bakuinfo.net)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!