Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərar qüvvəyə minib.
Yenisabah.az xəbər verir ki, qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Nazirlər Kabinetinin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilib.
Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılıb: pizza hut
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Telegram kanalımız