Azərbaycanda ilk: 11 ildir tökülən saçlarını yığır   - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk: 11 ildir tökülən saçlarını yığır - Video

Maraqlı

13 İyul 2023 12:24 1227


Azərbaycanda tökülən saç tellərini uzun illərdir yığan qadın hər kəsin marağına səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Sürmə adlı xanım yığdığı saçlarla birgə ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramına qatılıb. 

O, 2012-ci ildən bəri tökülən saç tellərini yığdığını açıqlayıb: Dördpendirli pizza

"Bu, mənim tökülən saç tellərimdir. Hər dəfə yuyub saçımı darayanda yığmışam. Mən 2012-ci ildən bəri bunları yığıram, məqsədim "Ginnesin rekordlar kitabı"na düşməkdir. Bu saç tellərini bircə-bircə soğancığı ilə bərabər dəstələmişəm. Özüm də salonda işləyirəm, saç ustasıyam, lakin tellərin hər biri analiz olunacağı üçün yalnız öz saçlarımı toplamışam, heç biri kənar şəxslərin deyil. Bu saçları satmaq üçün yığmamışam, çəkisi isə 1 kilo 40 qramdır." 

Qadın məqsədinin "Ginnesin rekordlar kitabı"na düşmək olduğunu, bu səbəbdən də 11 ildir saçlarını topladığını bildirib: 

"Rekordlar kitabına düşənləri izləyirdim, düşündüm ki, mən "Ginnes"ə necə düşə bilərəm? Uzun saçla, uzun dırnaqla kitaba düşənlər olub, mən nə ilə düşə bilərəm dedim və araşdırdım. Daha sonra tökülən saçlarımı yığmaqla "Ginnes"ə düşməyi qərara aldım.

Əgər məndən əvvəl bu ideaya ilə 1 kilo 40 qram saç yığan olmayıbsa, məncə, artıq bu kitaba düşmüş sayılıram". 

Gülxanım Əliyeva

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!