“Əxlaqsız qadın obrazını ilk mən oynamışam, möhürünü də vurmuşam!”    - Video

“Əxlaqsız qadın obrazını ilk mən oynamışam, möhürünü də vurmuşam!”   - Video

Şou Veb saytların hazırlanması

09 Dekabr 2023 11:11 20233


Əməkdar artist Mehriban Xanlarova son  açıqlaması ilə gündəmi ələ alıb.

Yenisabah.az xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan aktrisa Azərbaycan kinosunda ilk dəfə yüngül əxlaqlı qadın obrazını canlandırdığını dilə gətirib: 

“Azərbaycanda ilk əxlaqsız qadın obrazını mən oynamışam, möhürünü də vurmuşam!  Ölkədə ilk dəfə “Sahilsiz gecə” filmində bu rolu mən canlandırmışam. 1989-cu ildə Şahmar Ələkbərovun mənə həvalə etdiyi bu rolu yeganə Azərbaycan aktrisası olaraq mən oynamışam. 

Bu rola görə məni qınayanlar çox oldu. Dedilər guya bu rola görə məni döyüblər, Şahmar rəhmətliyi gedib studiyada döyüblər. Hamısı yalan söhbətlər idi! 

Həmin ildə bu rolu oynamağa əla da risk etdim. Bizi Moskva təsdiq etmişdi. Rəhmətlik Nuriyyə Əhmədova, Kəmalə Müzəffər və mən rollarda idik. Mən filmdə kulak qızı idim. Filmin mövzusu maraqlı idi”. 

Aktrisa yenidən bu cür rolu oynamaq təklifi gəlsə, qəbul edəcəyini də açıqlayıb:

“Təklif gəlsə, yüksək qonorar verilsə, rolu niyə canlandırmıram? Canlandırmaq deyəndə təbii ki, özümüzü çölə qoymayacağıq, əvvəlcə rola baxacağam, harası xoşuma gəlməsə, deyəcəm ki, buranı dəyişək, razısansa, oynayım”.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirzə
    Mehriban xanım əsl sənətkardır!.. Onun qədrini sonradan biləcəyik...
    3 months ago
  • Ülviyyə İsgəndərova
    Mehriban Xanlarova, yazıqlar olsun sənə! Əxlaqsız qadın obrazını oynamağınla fəxr edirsən. Yəqin o rol ruhuna yaxın olurki, möhürünüdə vurmusınız
    3 months ago
  • Mustafa
    Çox qələt edibsən.elə təhminə kimi fahisə rollarıynan cəmiyyəti fahiseliyə öyrədirlər
    3 months ago