Azərbaycanda internetdən istifadə edən yeni fırıldaqçılar peyda olub -   Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda internetdən istifadə edən yeni fırıldaqçılar peyda olub - Video

Sosial

06 Yanvar 2020 21:37 1218


Kürdəmir sakinləri sosial şəbəkədə işbazların toruna düşüb. Fırıldaqçılar insanların telefonlarına internet yükləmək adı ilə pullarını mənimsəyirlər.

"Yeni Sabah" xəbər verir ki, İnternetdən istifadə edən fırıldaqçılar toruna Kürdəmir sakinləri düşüb. Rayon sakini Ramin Mütəllimov sosial şəbəkələrdə telefonuna internet yükləmək üçün araşdırma aparıb. Belə bir səhifə ilə qarşılaşan rayon sakini həmin şəxsə müraciət edərək limitsiz internet almaq istədiyini yazıb. Sonra isə ona deyilən məbləği ödəyib.

Pulu yükləyəndən sonra həmin səhifə ilə əlaqə qurmaq mümkün olmayıb. Raminlə bərabər onun qohumu Amal Misirov da fırıldaqçılığın qurbanı olub. Hazırda isə onların yazışdığı şəxslə əlaqə qurmaq mümkün olmur. pizza mizza

Fırıldaqcılar digər insanları inandırmaq üçün ödənilən pulların qəbzlərini də səhifələrində paylaşıblar.

Aldadılan şəxslər başlarına gələn bu hadisədən sonra polisə müraciət edəcəklərini bildirblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!