Azərbaycanda internetin sürəti ilə bağlı sevindirici xəbər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda internetin sürəti ilə bağlı sevindirici xəbər

Rəqəmsal

06 İyul 2022 19:25 4273


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir.

MMC-dən Yenisabah.az-a verilən məlumata görə, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!