Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib.
Yenisabah.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zamin Həsənov Büroya rəis təyin olunub. pizza
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Telegram kanalımız