Azərbaycanda İran vətəndaşından 25 kq-dan artıq narkotik vasitə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda İran vətəndaşından 25 kq-dan artıq narkotik vasitə tutuldu

Hadisə

04 Yanvar 2021 14:10 861


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi axtarış zamanı ondan 10 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun ölkə ərazisinə qanunsuz yolla gətirdiyi və Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin gizlətdiyi kolların arasında gizlətdiyi çantadan ayrı-ayrı bağlamalarda ümumilikdə 22 kq-dan artıq heroin, 2 kq 630 qram metamfetamin, 3 100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb. Dominos pizza

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!