Azərbaycanda iş adamı lüks avtomobili ilə qəzada öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iş adamı lüks avtomobili ilə qəzada öldü

Hadisə

15 Dekabr 2024 22:45 3493


Xəbər verdiyimiz kimi, Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb.

Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Sezar pizza

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.

Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarların sahibi olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!