Azərbaycanda İsrailin döyüş təyyarələri yerləşdirilməsi ilə bağlı - Nazirlikdən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda İsrailin döyüş təyyarələri yerləşdirilməsi ilə bağlı - Nazirlikdən AÇIQLAMA

Sosial

20 Dekabr 2019 16:52 1172


Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.

“Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!