Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilibş
Bildirilib ki, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub. Marqarita pizza
Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib. (APA)
Telegram kanalımız