Azərbaycanda kafedə içib dava salan vəzifəli şəxs saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kafedə içib dava salan vəzifəli şəxs saxlanıldı - Foto

Hadisə

03 Aprel 2025 18:20 933


Qusar rayonunun Cibir kənd tam orta məktəbinin direktoru Dair Məcidov kafedə dava salıb.

Yenisabah.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

O, tanışı ilə birlikdə Qusar şəhərində yerləşən kafelərdən birində yemək yeyib, spirtli içki qəbul edib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. pizza hut

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Məktəb direktoru və tanışı saxlanılıblar.

Davada iştirak edən şəxs Dair Məcidovun onu söyüb təhqir etdiyini və vurduğunu bildirib.

Hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib olunub və Qusar Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati xəta haqqında işə xitam verilib və direktor D.Məcidov sərbəst buraxılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!