Azərbaycanda karantin bu tarixdə tamamilə ləğv edilir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda karantin bu tarixdə tamamilə ləğv edilir? - Açıqlama

Sosial

21 May 2020 07:24 3526


Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?

“Yeni Sabah” xəbər verir ki, Bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejimin ləğvi barədə danışmaq tezdir: "Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik. Ümumiyyətlə, sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşaldıb və ya sərtləşdirə bilərik. Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar”. Sonxeber.az pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!