Azərbaycanda karantin dövründə neçə ailədaxili münaqişə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda karantin dövründə neçə ailədaxili münaqişə baş verib?

Sosial

22 Aprel 2020 00:51 765


“Karantin rejimi müddətində Azərbaycanda 6 ciddi ailədaxili münaqişə baş verib”.

Yenisabah.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AzTV-də çıxışı zamanı bildirib:

“Bu prosesin özü onu göstərdi ki, bizim hansı sahədə boşluqlarımız var, kütlələrlə, ailələrlə, insanlarla işləyən, onlara xidmət göstərən sahələrin hansı daha çox inkişaf etdirilməlidir, hansı addımların atılması vacibdir. Bu həm də bu baxımdan çox əhəmiyyətlidir. Həm sosial, həm mənəvi, həm də fiziki məhdudiyyətlərlə üzləşmiş insanlar arasında, ailələrdə müxtəlif problemlərin meydana çıxması qaçılmazdır. Dominos pizza

Azərbaycanda da karantin rejimi müddətində 6 ciddi ailədaxili münaqişə baş verib. Münaqişələr içərisində insan həyatına son qoyulması faktı da, uşaq psixologiyasına mənfi təsir edən hal da var. Ancaq ümumilikdə götürdükdə Azərbaycanda bu sahədə vəziyyət başqa ölkələrə nisbətən çox yaxşıdır”. /BakuPost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!