Məlum olduğu kimi, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, aprelin 20-dək karantin rejimi elan edilib. Lakin tədbirlərin sərtləşdirilməsinə baxmayaraq, ölkədə sağalanlarla yanaşı virusa yoluxanların sayı da günbəgün artır. Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalsa da, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bildirək ki, karantin xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanların müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir, "qırx" (40) mənasını verir. Qədimdən karantin rejimi 40 gün tətbiq olunub. Hətta XVI əsrdə Venesiya dövləti başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yaymaması üçün gəmiləri 40 gün şəhər ətrafında saxlayırmış. pizza mizza
Azərbaycanda aprelin 20-i karantinin 28 günü tamam olacaq. Geridə 12 gün qalır. Bu isə müddətin uzadıla biləcəyi ehtimalını yaradır. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovun mətbuata verdiyi açıqlama isə şübhəni daha da artırır. Çünki mətbuat katibi bildirib ki, vətəndaşlar bu rejimin aprelin 20-də bitməsini və uzadılmamasını arzulasalar da, qərar gedişatdan asılı olacaq.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov da qeyd edib ki, karantinin vaxtı müəyyən qədər uzadılacaq. Çünki bizdə əhalinin testdən keçirilməsi bir qədər fərqlidir:
“İnsanların hamısı testdən keçirilmir ki, kimin virus daşıyıcısı olduğu bilinsin. Təcili yardım kimləri götürüb aparırsa, onlar analiz verir, onları yoxlayırlar və sonrada deyirlər ki, bu gün testdən bu qədər adam testdən keçib.
Amma əslində koronavirusla mübarizə aparan ölkələrdə əhalinin temperaturunun olub-olmamasında asılı olmayaraq hamını testdən keçirirlər, dəqiqləşdirirlər ki, kim virus daşıyıcısıdır. Bizdə bu yoxdur. Belə getməklə təbii ki,yoluxanların miqdarı arta bilər. Nəticədə də karantin müddəti uzanar. Mən belə güman edirəm ki, karantin mayın əvvəlinədək tətbiq oluanaq”.
Sayad Həsənli
Telegram kanalımız