Azərbaycanda keçmiş futbolçunun meyiti tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda keçmiş futbolçunun meyiti tapıldı - Foto

İdman

03 Sentyabr 2020 18:29 973


 Bakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Kəpəz"in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.  pizza sifarişi

Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə "Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.  /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!