Azərbaycanda kəndi sel basdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kəndi sel basdı – Video

Kriminal

12 İyul 2020 10:48 3967


Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub.

“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, iyulun 11-də axşam saatlarında kəndə gələn güclü sel nəticəsində 20-dən çox fərdi yaşayış evini su basıb, ev quşları tələf olub, kəndin daxili yolları dağılaraq bərbad vəziyyətə düşüb, daxili küçələri qalın lil qatı örtüb.

Sel suları Pirsaat çayı üzərindəki kiçik körpünü dağıdıb, böyük körpünün bir dirəyini uçurub, kənd icra nümayəndəsinin müavininə məxsus "QAZ 3110" markalı minik avtomobili su altında qalıb. Təbii fəlakət zamanı kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb. Marqarita pizza

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxış keçirib, vətəndaşların müraciətini dinləyiblər. Kənddə selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!