“Azərbaycanda kibertəhlükəsizlik mərkəzi yaradılacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda kibertəhlükəsizlik mərkəzi yaradılacaq”

Rəqəmsal

01 İyul 2022 00:43 4288


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirliyi yanında elektron təhlükəsizlik idarəsi Hayfanın "Texnion"u ilə (İsrail Texnoloji İnstitutu-red.) müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Maariv" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail Texnoloji İnstitutunun müəllimləri Bakıda kibertəhlükəsizlik mərkəzi üçün mütəxəssislər hazırlığına yardım edəcək. pizza hut

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəçad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdədir.

Bu idarənin saytının verdiyi məlumata görə, elektron təhlükəsizlik idarəsi "Texnion"la əməkdaşlıq barədə razılığa gəlib. 

Azərbaycanda kubertəhlükəsizlik mərkəzi yaradılacaq və orada bu sahə üzrə mütəxəssislər hazırlanacaq. "Texnion"un müəllimləri yerli tələbələr üçün bu mərkəzdə kurslar və seminarlar keçirəcək. 

Proqram üçün seçim yaxın zamanda başlanacaq. Məlumat verilib ki, mərkəzin məzunlarına "Texnion"un diplomları veriləcək.

"Texnion"un prezideni professor Uri Sivan əməkdaşlığa görə məmnunluğunu ifadə edib və gələcəkdə onun genişlənməsinə ümid etdiyini bildirib.

"Bizim yaratdığımız yeni mərkəz Azərbaycanın informasiya təhlükəsizliyinə dəstək üzrə mühüm layihədir, orada təlim keçən mütəxəssislər bu sahənin təkcə Azərbaycanda deyil, həm də regionda inkişafına kömək edəcək".

Nazir Rəşad Nəbiyev bəyan edib: "Bu gün "Texnion"la birgə biz ölkəmiz üçün ən mühüm istiqamətlərdən biri olan kibertəhlükəsizlik sahəsində əməkdaşlığın əsasını qoyduq. Ali məktəbin metodikasına əsaslanan proqram üzrə təlim keçən tələbələr hazırlıq keçərək, əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər olacaq. Biz dünyanın ən aparıcı tədris müəssisəsi və biliklər mərkəzindən biri olan "Texnion"la əməkdaşlığımıza sevinirik, bu əməkdaşlıq ölkəmizə kibertəhlükəsizlik sahəsində beynəlxalq biliklər və təcrübə gətirəcək".

İyunun 30-da axşam İsrailin nəqliyyat nazirliyi Azərbaycan nümayəndə heyəti ilə nəqliyyat sahəsində daha bir sazişin imzalanması barədə məlumat verib, bu da iki ölkə arasında aviasiya əlaqəsini yaxşılaşdıracaq.Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!