Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi təklif olunur

Sosial

22 Fevral 2025 11:53 144


"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

"Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var, amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır. pizza mizza

Kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox böyük müsbət təsirləri olacaq.

Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Hazırda ucqar ərazilərdə nəinki poliklinika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu-izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlərimiz var. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq", - deyə E.Əmirov əlavə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!