Azərbaycanda kimlər 3135 manat maaş alır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kimlər 3135 manat maaş alır?

İqtisadiyyat

17 Aprel 2023 14:30 2464


2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib. 

Dövlət Statistika Komitəsindən (DSK) Yenisabah.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub. pizza mizza

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!