Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib. pizza
O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.
Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.
Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:
“Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
Telegram kanalımız