Azərbaycanda kişi paltar yumağa görə bacısının burnunu sındırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Hadisə

19 Sentyabr 2024 11:34 557


Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.  Dominos pizza

İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb. 

Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub. Uğur da buna etiraz edib. Nəticədə təqsirləndirilən şəxs qadının sifətinə bir dəfə yumruqla vuraraq ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib. 

Hadisədən sonra Məlahət Babaşova polisə müraciət edib və qardaşı Uğur cinayət məsuliyyətinə cəlb edilib.//Pravda.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!