Azərbaycanda kişi sevgilisini öldürdü: Hər ikisi evli olub... - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi sevgilisini öldürdü: Hər ikisi evli olub... - TƏFƏRRÜAT

Kriminal

06 Avqust 2020 10:14 1630


Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğlu qeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib. Sezar pizza

Bildirilir ki, silah Q.Zamanovun atasından qalmış ov tüfəngi olub. Evli olan G.İmanova evli Q.Zamanovla sevgi münasibəti yaşayıb. Onun həyat yoldaşından iki övladı var.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!