Azərbaycanda klub rəsmiləri sanitar qovşaq üstündə mübahisə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda klub rəsmiləri sanitar qovşaq üstündə mübahisə etdilər

İdman

09 Sentyabr 2024 23:14 644


Premyer Liqada yeni mövsümə uğursuz başlayan "Kəpəz"də növbəti xoşagəlməz hadisə yaşanıb.

Yenisabah.az Sportinfo.az-a istinadən xəbər verir ki, iyulda klubun icraçı direktoru təyin olunan Cabir İbrahimov qalmaqalın mərkəzində dayanıb.

Belə ki, komandaya yenicə təyin olunmuş baş məşqçi Azər Bağırovun korpusunda yer alan köməkçi Rakif Əliyev təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına üz tutub. pizza sifarişi

Bu zaman İbrahimov onu görüb və çölə çıxmasını gözləyib, daha sonra ona: "bura rəhbərliyin tualetidir, ora girə bilməzsən", - deyib.

Bağırovun yardımçısı bazada yeni olduğunu, ətrafı yaxşı tanımadığını söyləyib.

Lakin icraçı direktorun səsini qaldırması ilə söhbət mübahisəyə çevrilib. Ətrafdakı şəxslərin müdaxiləsi ilə onları sakitləşdirmək mümkün olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!