Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırladı - Video

Sosial

19 Dekabr 2019 15:05 1062


Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, sistem mövzusuna həsr olunan builki tədbirdə beynəlxalq və özəl məktəblərin şagirdləri olan gənc ixtiraçılar iştirak ediblər. 

Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri sərgidə praktiki olaraq həyata keçirmək imkanı qazanıblar və öz bacarıqlarını göstəriblər. pizza sifarişi

Sinif yoldaşı Cəmil Şabanovla birlikdə yeni kəşflərini nümayiş etdirən Cəmil Vəliyev iştirakçılara inkubator aparatını (cücə çıxaran aparat) təqdim edib.

C.Vəliyev deyib ki, aparatın içərisinə çox sayda yumurta düzərək 24 gündən sonra cücə əldə ediblər. O bildirib ki, cücələri sağlam şəkildə yetişdirmək üçün aparatın istilik dərəcəsini normaya uyğun olaraq quraşdırıblar. Cücə çıxarmaq üçün aparatın temperaturu 38 dərəcə, nəmliyi isə 60-70 faiz olmalıdır. 

Sərgidə cücələrin yumurtadan çıxana qədər olan dövrü özündə əks etdirən görüntülər də yayımlanıb. Eyni zamanda cücənin necə formalaşmasını göstərən məlumat lövhəsi də sərgi iştirakçılarının diqqətinə çatdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!