Azərbaycanda kombayn istehsal ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kombayn istehsal ediləcək

İqtisadiyyat

15 İyun 2021 20:33 1502


Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

Yenisabah.az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq. Dominos pizza

"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır"./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!