Azərbaycanda koronavirusa yoluxma faizi kəskin azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxma faizi kəskin azalıb

Hadisə

14 Yanvar 2021 10:16 753


Azərbaycanda koronavirus testi verən insanlar arasında yoluxma faizi xeyli azalıb.

Yenisabah.az xəbər verir ki, dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edildikdən sonra koronavirusa yoluxmanın faizində azalma müşahidə olunmağa başladı.

Koronavirusun ən pik yayıldığı ötən ilin dekabr ayında yoluxma 20 faizdən artıq olurdu. Misal üçün dekabrın 5-də koronavirus testi verən 20778 nəfərin 4323 nəfərində testin cavabı pozitiv çıxmışdı ki, bu da test verənlərin təqribən 20.8 faizini təşkil edirdi. Dördpendirli pizza

2021-ci il yanvarın 13-ə olan məlumatda isə koronavirusa yoluxmanın 6 faizə qədər endiyini görmək mümkündür. Bu tarixdə 8052 test verən insanın 474 nəfərində virus aşkar edilib ki, bu da təqribən ümumi test verənlərin 5.9 faizini təşkil edir. Rəqəmlərdən görünür ki, koronavirusa yoluxma 15 faizə qədər azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!