Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirusla bağlı yaranmış vəziyyət və yoluxmanın kəskin artması haqda Real TV-yə danışıb.
Yenisabah.az xəbər verir ki, baş infeksionist hazırda vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb.
“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq. Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus adətən yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”. Toyuqlu pizza
C.İsayev hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmağın qeyri-mümkün olduğunu bildirib:
“Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyi təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının, vətəndaşlıq borcu xətrinə əməl etsin”.
Telegram kanalımız