Koronavirus pandemiyası dünyanı təhdid etməkdə davam edir. Doğrudur, bəzi ölkələrdə yoluxma və ölüm halları azalıb. İnfeksiyanın yayılması lokallaşdırılıb. Bu hələ ki, tam qələbə hesab edilə bilməz.
Bəzi ölkələrin karantin rejimindən çıxması da koronavirusa qalib gəlmələri ilə bağlı deyil. Bu, sadəcə iqtisadi böhranın dərinləşməməsi üçün atılan addımdır. Həmin ölkələr karantin rejimindən çıxsalar da, infeksiya ilə mübarizə tədbirləri çərçivəsində müəyyən olunmuş qaydalara riayət edirlər. Tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, gigiyenik qaydalara ciddi riayət və s. Bununla yanaşı koronavirus pandemiyasından əziyyət çəkən ölkələrdə səhiyyə infrastrukturunun demək olar ki, yenidən qurulmasına başlanılıb.
Azərbaycanda da koronavirus infeksiyası hələ də təhlükə olaraq qalır. Əgər birinci sərt karantin rejimində yoluxmanın kütləvi hal almasının qarşısı alınmışdısa, rejimin yumşaldılmasında sonra yoluxma və ölüm halları artmağa başladı. Odur ki, hökumət yenidən 14 günlük sərt karantin rejimi tətbiq edib. Cəmiyyət bunu narazılıqla qarşılasa da, hökumət hesab edir ki, Azərbaycanda İtaliya və İspaniyadakı vəziyyətin yaranmaması karantin rejimini sərtləşdirmək çıxış yollarından biridir. Toyuqlu pizza
Parealel olaraq Azərbaycan da səhiyyə sahəsinə yenidən baxmağa başlayıb. Xəstəxanalar hazır vəziyyətə gətrilib. Haızrda Azərbaycanda koronavirusa qarşı mübarizəyə 20-dən çox yeni laboratoriyalar, ölkənin ən qabaqcıl 20 xəstəxanası cəlb edilib. Eyni zamanda yeni tibb müəssislərinin tikintisinə başlanılıb. Artıq 4 modul tipli xəstəxana da istifadəyə verilib və daha 6-sı da istifadəyə veriləcək.
Ümumilikdə, 10 modul tipli xəstəxananın, onlardan ikisinin Bakıda, səkkizinin isə bölgələrdə açılması planlaşdırılır. Bunlardan 6-nın inşası büdcədən, 4-nün inşası isə özəl qurumlar hesabına maliyyələşdirilir.
Həyata keçirilən tədbirlər sayəsində xəstəxanalarda xəstələri qəbul etmək imkanları genişləndirilib.
Telegram kanalımız