Azərbaycanda körpə həkim səhlənkarlığından öldü - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda körpə həkim səhlənkarlığından öldü - RƏSMİ

Kriminal

12 Sentyabr 2020 13:12 1596


Bərdə rayonunda yeni doğulmuş körpə ölüb.

Yenisabah.az Bərdə rayon prokurorluğuna istinadla xəbər verir ki, sentyabrın 11-də saat 9 radələrində Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. pizza

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq, 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!