Azərbaycanda korrupsiyada ittiham olunan teatr direktoru işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda korrupsiyada ittiham olunan teatr direktoru işdən çıxarıldı

Maraqlı

27 Oktyabr 2022 18:18 1078


Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.

Bunu APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildiriblər.

Qeyd olunub ki, cari ilin sentyabr ayında bəzi kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunub: Sezar pizza

“Müvafiq məsələ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülüb və Nazirlik tərəfindən yerində xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir.

Bildiririk ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!