Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.
“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.
Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır. Toyuqlu pizza
Faktla bağlı araşdırmalara başlanılıb.
Telegram kanalımız