Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı – RƏSMİ  

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı – RƏSMİ  

Sosial

24 Mart 2020 08:55 1236


“Hazırda Azərbaycanda ahıl yaşlı insanların sayı 720 min nəfərdir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur: "Amma məlum olduğu kimi karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək. Dördpendirli pizza

Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar".

Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!