Azərbaycanda kütləvi dava -   Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kütləvi dava - Saxlanılanlar var

Kriminal

16 Aprel 2020 15:21 1280


Bərdədə kütləvi dava olub.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Köbərkənd kəndində qeydə alınıb.

Kənd sakini Baxşeyiş Quliyev yaxın qohumları - Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev, İntiqam Quliyevlə birgə sərxoş halda həmkəndliləri -  Ədalət Əliyev və yaxın qohumları- Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanovu yumruqla, ağacla, dəmir parçaları ilə vuraraq müxtəlif bədən xəsarətləri yetiriblər.  pizza hut

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri cinayət işi açılıb.

B. Quliyev, İ. Quliyev və O. Quliyev şübhəli şəxs qismində saxlanılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!