Azərbaycanda maaşlarıın artırılmasının arxasında hansı niyyət dayanır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maaşlarıın artırılmasının arxasında hansı niyyət dayanır?

Sosial

19 İyun 2019 16:48 3608


“İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir”. 

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin əməkhaqlarının artması və minimum əməkhaqqının qaldırılması ilə bağlı qərarlarını şərh edərkən deyib.

V. Rəhimzadə deyib ki, İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu gün Azərbaycanın dünyaya səs salan və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki, bu uğurlara yol açan əsas faktor təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir”.  Sezar pizza

Siyasi ekspertin sözlərinə görə, sistemli xarakter daşıyan  islahatların nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır.

Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar  fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası  sosial siyasətin əsas tərkib hissəsi olaraq əmək haqqı və pensiyaların mütəmadi olaraq artırılması bir daha bu reallığa əsas verir ki, ölkəsinin davamlı inkişafı, xalqının  yüksək rifahı üçün çalışan ölkə Prezidentinə xalqın dəstəyi, etimadı böyükdür. “Cari ilin əvvəlində dövlət başçısının yanında keçirilən  iqtisadi və sosial məsələlərlə bağlı  müşavirədə səsləndirilən «2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır» əminliyi də  məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlətimizin başçısının  əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır”. 

V. Rəhimzadə qeyd edib ki, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar gündən-günə dərinləşir: “Belə ki, İlham Əliyevin  imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olundu. 

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları  10 faiz artırıldı. Ölkə Prezidentinin sosial siyasət sahəsində cari ilin əvvəlindən atdığı addımlar da davamlılığı ilə diqqət çəkir. 

Belə ki, Prezidentin təqdim etdiyi müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları, xüsusilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumilikdə cari ilin əvvəllərində həyata keçirilən sosial islahatlar paketi 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. 

Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. İlham Əliyevin bu günlərdə, daha dəqiq desək, iyunun 18-də minimum əməkhaqqının artırılması  ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının ilk növbədə əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Prezident 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən Prezident «neft kapitalını insan kapitalına çevirək» tezisini də irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdi ki, burada söhbət təkcə  elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən  getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.”

V.Rəhimzadə diqqətə çatdırıb ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir: “Dövlət başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti  mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!