Azərbaycanda məktəb direktoru koronavirusdan öldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəb direktoru koronavirusdan öldü - Fotolar

Hadisə

07 Aprel 2021 18:28 1233


Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayevadır.

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu. Toyuqlu pizza

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub. O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!