Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı

Kriminal

11 Noyabr 2021 11:37 981


Mingəçevir şəhər 3 saylı tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Mingəçevir şəhər prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla qeyd edilən məktəbin sabiq dirketoru Kəmalə Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illər ərzində məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakultativ məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakultativ məşğələ saatlarını rəsmiləşdirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə  əsaslı şübhələr müəyyənləşib. Dominos pizza

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!