Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı

Maraqlı

22 Fevral 2023 15:42 780


Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Bu barədə Yenisabah.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.  Toyuqlu pizza

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!