Azərbaycanda məktəbə hücum etdilər    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəbə hücum etdilər  - Fotolar

Hadisə

10 Dekabr 2021 14:34 1031


Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib. pizza sifarişi

Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov bildirib ki, bu barədə rayon şöbəyə heç bir məlumat verilməyib: “Sizin müraciətiniz əsasında məlumat almışıq və dərhal araşdırma aparılması üçün göstəriş verilib”.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!