Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub.
Yenisabah.az modern.az istinadla xəbər verir ki, məktəblərin sayı ötən illə müqayisədə azalıb. Bunu Statistika Komitəsinin məlymatları təsdiqləyir.
2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Sezar pizza
Rayonlar üzrə məktəb sayına gəldikdə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Bir neçə rayonda isə məktəblərin sayında 1-2 azalma qeydə alınıb.
Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb, bu tədris ilinin əvvəlində isə 245 ibtidai məktəb olub.
Telegram kanalımız