Azərbaycanda  məktəblərlə bağlı son durum: “Bu həftə çox həssasdır” –   Deputat detalları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda  məktəblərlə bağlı son durum: “Bu həftə çox həssasdır” – Deputat detalları açıqladı

Siyasət

18 Avqust 2020 14:15 2026


“Təhsil naziri Emin Əmrullayevin Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə videokonfrans formatında görüşü nazirin öz təşəbbüsü ilə baş tutmuşdu”. 

Bunu Yenisabah.az-a deputat, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev deyib. O əlavə edib ki, Emin Əmrullayevin bu təşəbbüsü yüksək qiymətləndirilməlidir. “Bu addım əslində dialoq mühitinin genişləndirilməsi, dialoq mədəniyyətinin formalaşdırılması baxımından mühüm addımdır. 

Emin Əmrullayev hesabat xarakterli çıxış edərək təhsilinin ümumi vəziyyəti, yeni tədris ilinə hazırliq, pandemiya və post-pandemiya dövrünün təhsili barədə geniş məlumat verdi. Sezar pizza

Bundan əvvəl isə Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşmüşdü. Hesab edirəm ki, bu cür görüşlərin davam etməsi təshil sahəsindəki problemlərin aradan qaldırılmasına böyük töhfələr verə bilər”, - deyə deputat bildirib.

Görüşdə səsləndirilən təkliflərə gəlincə, Etibar Əliyev bildirib ki, komitə üzvləri yekdilliklə ibtidai təhsilin ənənəvi formada keçirilməsini təklif edib. Təhsil Nazirliyi də bu təklifi normal qarşılayıb. Yuxarı siniflərə gəlincə, deputat deyib: “Mən təklif etdim ki, hansı məktəblər pandemiyanın tələblərinə uyğun fəaliyyət göstərə bilirsə, orada tədris prosesinə start verilməlidir. 

Bilirsiz, koronavirus idarə olunmur. Yoluxma sayı aşağı düşsə də, hətta aparıcı ölkələrdə belə, ənənəvi təhsilə tam olaraq keçid məsələsi hələ gündəmdə deyil. 

Ona görə də bütün hallarda dərs ilinə bir ay qalmış bu cür müzakirələr davam etməlidir. Çünki bizə çoxsaylı suallar verirlər. Hesab edirəm ki, daha çevik üsullar axtarılmalıdır. Doğrudur, Təhsil İnstutunun təklifləri indiki şəraitə uyğundur. Amma bununla belə, müzakirələr davam etməli, yeni təkliflər dinlənilməlidir. Xüsusilə bu həftə çox həssas həftədir və təhsilin ənənəvi tədris metodları ilə davam etdirilib-etdirilməməsi bu həftədən asılı olacaq. Fikrimcə, bu həftənin ciddi şəkildə monitorinqi aparılmalıdır”, - deyə deputat qeyd edib.

Etibar Əliyevin sözlərinə görə, təhsilin ənənəvi tədris metodları ilə davam etdirilməsi daha yaxşı olardı. “Lakin burada sıxlıq məsələsi var. Pandemiya dövrünün əsas tələblərindən biri də sosial məsafənin qorunmasıdır. Amma elə siniflər var ki, orada sıxlıq var. Bu baxımdan, ənənəvi təhsilə keçid məsələsi bir qədər problemə çevrilib”, - deyə o əlavə edib.

Deputat bildirib ki, distant təhsil ənənəvi təhsildən üstün tutulmasa da, onun da müsbət cəhətləri var. “Dünyanın aparıcı ölkələrində ənənəvi təhsil distant təhsildən üstün tutulur. Bununla belə, distant təhsilin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Distant təhsilin ən mənfi tərəfi müəllimlərlə şagirdlər, tələbələr arasında canlı təmasın olmamasıdır. Müsbət tərəflərinə gəlincə, müəllimlər qabaqcıl texnologiyalardan istifadə edir, keçdikləri dərsləri müxtəlif internet platformalarında geniş əhali kütləsinə çatdıra bilirlər. Beləliklə, təhsil ictimailəşir. Amma əlbəttə ki, təhsilin bütün pillələrində ənənəvi təhsil distant təhsildən üstün tutulur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!