Azərbaycanda məmur həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məmur həbs edildi

Kriminal

17 Dekabr 2020 10:27 1840


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Məmmədov Oruc Nüsrət oğlu həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Fazil Talıbov məlumat verib.

O bildirib ki, adıçəkilən şəxs barədə nazirlikdə bir neçə ay əvvəl araşdırma başlanıb: "Araşdırmanın nəticəsi olaraq onun fəaliyyətində ciddi qanun pozuntusu aşkarlanıb və həmin şəxs vəzifəsindən azad edilib. Bununla yanaşı, O. Məmmədovun fəaliyyətinə hüquqi qiymət verilməsi üçün sənədlər araşdırılması üçün prokurorluğa göndərilib. Araşdırmanın nəticəsi olaraq O.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib". pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!