Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Tribunainfo.az yayıb. Sayt bildirib ki, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.
Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik. pizza hut
Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Telegram kanalımız