“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi ilə bağlı görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi ilə bağlı görüş keçirildi

Sosial

02 Oktyabr 2019 16:07 913


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub. 

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, görüş zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini  Anar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib. Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması, sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb.

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni və baş iqtisadçı Maddelena Honorati layihənin icrası üçün görüləcək işlərdən, planlardan danışıb.  Marqarita pizza

Layihə əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi, işsizlərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, iştirak imkanları olanlar üçün isə təlim proqramlarının hazırlanması və təlimlərin təşkili, uğurlu biznes ideyalarına malik olanların aktivlərlə təminatı, proqram iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

Görüş zamanı layihə üzrə ilkin qiymətləndirmə, əmək bazarının təhlili, proqramda iştirak imkanları, təlimçilərin təlimlərə cəlb edilməsi, mərhələlər üzrə görüləcək işlər, bu sahədə idarəetmə məsələləri və s. müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!