Azərbaycanda məşhur vəkilin fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur vəkilin fəaliyyəti dayandırıldı

Sosial

10 Sentyabr 2019 12:20 1575


Tanınmış vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb. 

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 9-da Vəkilli Kollegiyasının iclası keçirilib. Həmin iclsda Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün Adil İsmayılovla əlaqə saxlayıb. Lakin o, bu barədə Vəkillər Kollegiyası ilə danışmağı tövsiyyə edib.  Pepperoni pizza

Gununsesi. org isə məlumat yayıb ki, Adil İsmayılovun vəkillik fəaliyyəti kollegiyanın üzvü Sahil Quliyevin şikayəti əsasında dayandırılıb. 

Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də, buna məhəl qoyulmayıb.

Sahil Quliyev xəbəri təsdiqləyib. Lakin məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!