“2018-ci ildə ümumtəhsil müəssisələrinin 82 486 məzunu olub. Son 14 ildə məzunların sayı 40 622 nəfər azalıb”.
"Yeni Sabah" xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.
Bildirilib ki, bu meyl artıq bir neçə ildir müşahidə olunur: “Son 14 ildə məzunların sayı 33 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2017-ci illə müqayisədə 2018-ci ildə məzunların sayı 1193 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində 2018-ci ilin məzunlarının payı heç də azalmır, əksinə artır. 2018-ci ildə sənəd verənlərin 77.86 faizini (61182 nəfər) həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31 və 2017-ci ildə 75.83 faiz olub”. pizza hut
Telegram kanalımız