“Azərbaycanda müdhiş təxribatlar hazırlanır” – Siyasi şərhçi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda müdhiş təxribatlar hazırlanır” – Siyasi şərhçi

Siyasət

04 Aprel 2019 20:49 1260


 “Dünən birinci xanım Mehriban Əliyeva Qarabağ qaziləri və əlilləri ilə görüşür. Birinci vitse-prezident kimi çox sərt Qarabağ bəyanatı verir. Elə həmin gün Konqres Mərkəzində aprel şəhidlərinə ithaf olunmuş tamaşa keçirilir və Qarabağ ermənilərinə xitabən: "Biz sizinlə yaşamaq istəyirik", "Biz müharibə istəmirik, gəlin yenə əziz qonşular kimi sülh şəraitində yaşayaq" mesajı verilir”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə siyasi şərhçi Azər Rəşidoğlu çıxış edib. Onun sözlərinə görə, ən maraqlısı odur ki, məlumatlara görə, Birinci vitse-prezident özü də tədbirə dəvət alıbmış və nə yaxşı ki, iştirak etməyib. 

“Mən yazanda ki, Prezident və Birinci vitse - prezidentə qarşı müdhiş təxribat hazırlanır, hakimiyyətdə olan bəzi məmurcığazlar (onlar heç şöbə rəhbərləri də deyillər) bəndənizi hədələyirdilər. Konqres Mərkəzində hər yoldan ötən tədbir keçirə bilməz. Özü də aprel şəhidlərinin ildönümündə.  pizza hut

İlham Əliyevin aprel döyüşləri ilə bağlı sərt bəyanatları və öz facebook səhifəsindəki video-çarxı paylaşması ilə demək olar ki, eyni gündə. Prezident və Birinci vitse-prezident Qarabağ savaşı ilə bağlı bəyanat verir və belə təxribat baş verir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!