Azərbaycanda müəllimin maaş kartından pul oğurlanıb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müəllimin maaş kartından pul oğurlanıb - VİDEO

Hadisə

27 Mart 2024 08:19 704


Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.

Bərdə rayonu, Hacalı kənd sakini Ağgül Əhmədova "Xəzər Xəbər"ə deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib. Dördpendirli pizza

Ağgül Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Bərdə rayon polis şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!