Azərbaycanda müğənninin evi qarət olundu:   11 min manatını apardılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müğənninin evi qarət olundu: 11 min manatını apardılar

Şou

29 Mart 2022 13:15 297


Azərbaycanlı müğənni Tuncay Bərdəlinin evi qarət olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçı özü məlumat verib.

Bildirib ki, yaşadığı evdən 11 min manat pul oğurlanıb. Marqarita pizza

Müqənni iddia edir ki, oğurluğu mənzilində xadimə işləyən Günel Məmmədova törədib:  

“Mənim iki avtomobilim var idi, birini satdım. Satdığım maşının pulunu digər avtomobilimə qoymuşdum. Həmin məbləği evə aparan zaman mətbəxdə olan xadimə əlimdə pulu gördü. Pulu kassaya yerləşdirdim, açarı da şkafın üstünə qoydum. Evin tozlarını təmizləyən zaman açarı oradan götürüb. Kamera otağından elektriki ayırıb, kameranın yaddaş kartını götürüb sındırıb, kameranın beynini format edəndən sonra yenidən yerinə qoyub. Əzəl gündən də deyirdi ki, mənə əlcək alın. Mən də aldım. Əlcək aldırmaqda məqsədi o idi ki, əl izi heç yerdə qalmasın”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!